Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti elektron sənəd qəbulu mərhələsinə start verilir.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Milli.Az-a bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 14-dən 21-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun