ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik edildi

13 Dekabr 2023 13:26

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti "Dövlət sirri haqqında" qanuna uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda həmin Fonda təqdim edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun