Ermənistan generaldan milyonları geri istəyir

13 Dekabr 2023 20:13

Ermənistanın Baş Prokurorluğu müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyandan və ailəsindən təxminən 1 milyard dramın, o cümlədən 10 daşınmaz əmlakın, 10 milyon dram dəyərində bir avtomobilin, 180 milyon dramdan artıq əmanət və istiqrazların, təxminən 90 milyon drama kimi qanunsuz vəsaitlərin geri qaytarılmasını tələb edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, iş artıq Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinə verilib.

Qeyd olunur ki, general Mirzəbekyan Ermənistan hərbi-sənaye kompleksinin "Krunk" və "X-55" kimi son dərəcə uğursuz layihələrinin "xaç atası"dır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun