Zelenski ABŞ-dan yenə ATACMS istədi

13 Dekabr 2023 12:21

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşündə Kiyevə uzaqmənzilli ATACMS taktiki raketlərinin tədarükü məsələsini qaldırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

Nəşr Kiyevin tələb etdiyi raketin modifikasiyası barədə məlumat verməyib.

Qeyd edək ki, Ukrayna hökuməti dəfələrlə ABŞ-dan ATACMS raketləri istəyib. Lakin Ağ Ev bu raketlərlə Rusiya ərazisinin vurulmasını istəmədiyi üçün tədarükdən imtina edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun