Gənc oğlan göldə batdı
20 May 2010 10:09
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, dünən 24 yaşlı İvan Sofonov göldə boğularaq ölüb.
Hadisə mərhum yaşadığı evin yaxınlığındakı göldə çimərkən baş verib.
İ.Sofonovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az