13 yaşlı uşaq 12 yaşlı uşağı öldürdü - Səbəb dəhşətə gətirir - FOTOlar

13 Dekabr 2023 20:02

12 yaşlı S.D. binanın damında ölmüş halda tapılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım Beyazıt məhəlləsində yerləşən 6 mərtəbəli binanın çardağından gələn səsi eşidən ətrafdakılar təcili yardıma zəng edib.

Hadisə yerinə gələn polis və təcili yardım heyəti S.D-nin  tikintinin damında bıçaqla qətlə yetirildiyini aşkar edib.

13 yaşlı şübhəli saxlanılıb.

Hadisə ilə bağlı saxlanılan 13 yaşlı gəncin qətli kompüter oyunundan təsirlənərək törətdiyi ehtimal edilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun