Bayden: Ukraynanın gələcəyi NATO-dadır, lakin...

13 Dekabr 2023 09:39

Sözsüz, NATO Ukraynanın gələcəyində var. Vilnüsdə dediyimiz kimi, Ukrayna NATO-nun üzvü olacaq, yalnız biz onların müharibədə qalib gəldiklərinə əmin olmalıyıq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə qapalı görüşün yekunlarına dair birgə mətbuat konfrasında deyib.

Amerikalı lider NATO-nun necə güclü və müttəhid olduğundan fəxr etdiyini söyləyib.

"Biz Vilnüsdə Zelenski, Yeddilik Qrupunun liderləri ilə danışmışıq və Ukraynaya uzunmüddətli yardımın vacibliyini qeyd etmişik. Ona görə addımbaaddım gedirik", - dövlət başçısı bildirib.

Xatırladaq ki, Vaşinqtonda ABŞ və Ukrayna liderlərinin görüşü olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun