Təyyarənin göyərtəsində ÇAXNAŞMA: bir kəlmə ilə...

13 Dekabr 2023 08:10

"Breeze Airways"ın sərnişini həmkarı ilə danışarkən "bomba" sözünü deyib və hava nəqliyyatının uçuşunu dayandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Yahoo News UK" məlumat yayıb.

Təyyarənin əvvəlcə Orlandodan Rod-Aylend ştatının Providens şəhərinə uçduğu, ancaq bir sözə görə istiqaməti Floridanın Ceksonvilə yönəldildiyi deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə havaya qalxdıqdan 45 dəqiqə sonra baş verib. Birlikdə uçan sərnişinlər mübahisə etməyə başlayıblar, daha sonra həmin şəxs təsadüfən partlayıcı qurğunun adını çəkib və sərnişin yoldaşlarını qorxuya salıb.

Floridada polis asayiş keşikçilərini təyyarədən çıxarıb. Bortdan çıxmazdan əvvəl adam uçuşu pozduğuna görə digər səyahətçilərdən üzr istəyib. Federal Təhqiqatlar Bürosu hadisəni araşdırır.

Milli.Az