Hava limanını su basdı - VİDEO

12 Dekabr 2023 22:55

Livanın paytaxtı Beyrutda səhər saatlarında qəfildən başlayan leysan qısa müddətdə daşqınlara səbəb olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, güclü yağışdan sonra Beyrut Beynəlxalq Hava Limanının sərnişin terminalını su basıb.

Sosial mediada paylaşılan görüntülərdə eskalator və tualetlərin su altında qaldığı, Livana daxil olan sərnişinlərin çamadanlarını suda daşıdığı görünür.

Milli.Az