Hökumət qərarı dəyişdi – Sərhəd açılır

12 Dekabr 2023 22:42

Finlandiya hökuməti bu həftə Rusiya ilə sərhəddə böyük keçid məntəqələrini açmağı planlaşdırır.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "İlta-Sanomat" nəşri rəsmi mənbələrə istinadla məlumat yayıb.

"Hökumət Finlandiyanın cənub-şərqində, Valima, Nuyama və İmatrada nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı qərar qəbul etmək niyyətindədir", - məlumatda deyilir.

Rəsmi Helsinkinin qərarı tezliklə elan edəcəyi bildirilir.

Noyabrın 30-da Finlandiya hökuməti Suriya, Hindistan, Mərakeş və digər ölkələrdən olan qaçqınların nəzarətsiz axını səbəbindən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamışdı.

Milli.Az