Baydendən gözlənilməz: İsrail dünyanın dəstəyini itirir!

12 Dekabr 2023 22:27

İsrail Qəzza məsələsində dünyanın dəstəyini itirməyə başlayır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

O bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu uzunvədəli həll üçün hökuməti dəyişdirməlidir.

Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın dəstəyinə tam arxalandığını açıqlamışdı.

Milli.Az