Bu ölkə tiryək istehsalında birinci pilləyə çıxdı

12 Dekabr 2023 20:13

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC)  illik hesabatına görə, Myanmada 2023-cü ildə rekord miqdarda tiryək istehsal edilib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu ölkədə 1080 ton narkotik istehsal olunub.  Bu, 2022-ci ildəkindən 36% çoxdur və hazırda 2001-ci ildən bəri ən yüksək səviyyədir.

Myanmada xaşxaş əkini sahələri 18% artaraq 47,1 min hektara çatıb. 

Myanma ilə müqayisədə Əfqanıstanda tiryək istehsalının azalıb və cəmi 330 ton (95% azalma) təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun