Keçmiş baş konsul mənzilində ölü tapıldı - FOTO

12 Dekabr 2023 17:33

Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyev Moskvadakı mənzilində ölü tapılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, məlumatı Rusiya mediası yayıb.

Bildirilib ki, diplomatın meyitini həyat yoldaşı aşkarlayıb.

Hazırda ekspertlər keçmiş baş konsulun ölüm səbəbini araşdırırlar.

Qeyd edək ki, Konstantin Alekseyev 2015-2019-cu illərdə Rusiyanın İrandakı baş konsulu vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun