Ulduz futbolçudan gözlənilməz qərar

12 Dekabr 2023 17:04

İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Corco Kyellini karyerasını başa vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi tezliklə qərarını rəsmən açıqlayacaq.

Qeyd edək ki, təcrübəli oyunçu son olaraq ABŞ-da "Los-Anceles" klubunun formasını geyinib. O, "Yuventus"la 9 dəfə A Seriyasının, 5 dəfə ölkə kubokunun qalibi olub. Kyellini 2021-ci ildə İtaliya yığması ilə Avropa çempionatında da qızıl medala sahib çıxıb.

 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun