Avstraliyada təyyarə qəzaya uğrayıb, ölənlər var - FOTO

12 Dekabr 2023 22:04

Avstraliya qitəsinin şərqində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.

Departamentin qeyd etdiyi kimi, təyyarə Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilidayl ərazisində qəzaya uğrayıb. Polis əməkdaşları, eləcə də dövlət təcili yardım və fövqəladə hallar xidmətinin əməkdaşları hadisə yerindədirlər.

Qəzaya səbəb təyyarənin elektrik xətti ilə toqquşması olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun