"Qəbələ" Türkiyədən futbolçu transfer edir
24 May 2012 19:33
Unibank Premyer Liqada cari mövsümü 5-ci pillədə başa vuran "Qəbələ" klubu Türkiyə Bank Asya Liqasından bir futbolçu transfer etməyi planlaşdırır.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Fatih Kavlak "Goal.com"a açıqlamasında deyib.
Türkiyəli mütəxəssis Bank Asya Liqasından bir əcnəbi futbolçunu transfer etmək istədiklərini bildirib: "Gələn mövsüm çempionluğa oynayan bir komanda yaratmağa çalışırıq.
Artıq transfer siyahısını rəhbərliyə təqdim etmişəm. Bu siyahıda Türkiyə Bank Asya Liqasında çıxış edən bir əcnəbi futbolçu da var".
Milli.Az