30 yaşdan sonra hər bir qadın bu riski daşıyır

13 Dekabr 2023 01:20

Qadın xəstəlikləri uzmanı Özlem Genç 30 yaşından sonra qadınlarda müayinə edilməli olan HPV virusu ilə bağlı açıqlamalar verib.

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər veri ki, həkim açıqlamasında HPV virusunun uşaqlıq boynu xərçənginə səbəb ola biləcəyini bildirib: "Həmin nahiyədə HPV virusunun olması xərçəng xəstəliyinə tutulduğumuz anlamına gəlmir, ancaq zaman keçdikcə inkişaf edərsə, xərçəngə çevrilə bilər. Virusun uzun müddət saxlanılması uşaqlıq boynunu zədələyə bilər".

HPV virusunun tapıntıları haqqında danışan uzman simptomların cinsiyyət bölgəsində ağrı ola biləcəyini söyləyib: "Anormal vaginal qanaxma və cinsiyyət bölgəsində ağrı ola bilər. Belə vəziyyətlərdə olan insanlarda əvvəllər müayinə olunmayıbsa, yaxma müayinəsi edirik. Anormal tapıntılarla qarşılaşdığımız zaman bu tapıntıları aydınlaşdırmaq üçün kolposkopiya cihazımızla onları araşdırırıq. Daha sonra anormal tapıntıların aşkar edildiyi bölgələrdən biopsiya alırıq. Xərçəngin hər hansı bir əlaməti olduqda xəstəxanamızda xəstələrimizi lazımi cərrahi və müalicə üsulları ilə müalicə edirik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun