Kanal rəhbəri saxlanıldı

12 Dekabr 2023 13:03

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Kərimov Teymur polis əməkdaşları tərəfindən saxlanılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Kərimov Teymur barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə

maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır. 

Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun