“Puma” İsrail futbol yığmasına sponsorluq etməyi dayandıracaq

12 Dekabr 2023 22:56

"Puma" şirkəti İsrail futbol yığmasına sponsorluq etməyi dayandıracaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Məlumatda qeyd olunub ki, Almaniyanın "Puma" idman geyimləri şirkəti yeni inkişaf strategiyası çərçivəsində İsrail milli futbol komandası ilə yanaşı, maliyyə səbəblərinə görə digər ölkələrin komandaları ilə də əməkdaşlığı dayandıracaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun