Almaniyada azərbaycanlılar ağır qəzaya düşdü: ölən var

12 Dekabr 2023 10:36

Almaniyanın Aşhaffenburg əyalətində içərisində 2 azərbaycanlının olduğu avtomobil ağır qəzaya düşüb.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, digəri ağır xəsarət alıb.

Sürücü 35 yaşlı Vüsal hadisə yerində keçinib.

Sərnişin Elmar Kərimov isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.

Tibb müəssisəsindən aldığımız məlumata görə, o komadan ayılsa da, vəziyyəti ağır olaraq qalır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun