Əfqanıstanda güclü zəlzələ oldu

12 Dekabr 2023 10:26

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri Almatı şəhərindən 890 km cənub-qərbdə, Əfqanıstan ərazisində yerləşib.

"Zəlzələnin enerji sinfi 11,9, maqnitudası isə 5,7 olub", - deyə məlumatda bildirilib.

İtkilər və dağıntılar barədə hələlik məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun