Avropa ölkəsi Putinin qələbəsini tanıdı – “Bütün kartlar əlindədir”

11 Dekabr 2023 23:38

Prezident Vladimir Putinin Səudiyyə Ərəbistanı və BƏƏ-də təntənəli qəbulu, ayrı-ayrı ölkələrin liderlərinin Moskvaya səfəri bütün dünyaya göstərdi ki, Rusiya liderinin təcridindən söhbət gedə bilməz.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Polşanın "Gazeta Wyborcza" nəşri yazır.

"Hansı təcrid, hansı həbs qərarı? Putin oyundadır, kartları paylayan da odur", - məqalədə deyilir.

Bundan əlavə, Polşa qəzeti vurğulayır ki, Putinin ağıllı siyasəti sayəsində Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq böyüyür:

"Bütün bunlar Vladimir Putinə qarşıdan gələn seçki kampaniyasına uğurla start verməsinə zəmin yaradır.

Ölkə çətinliklərin öhdəsindən gəlib və uğurla inkişaf edir, sanksiyalar tətbiq edənlər isə durğunluqdan, tənəzzüldən əziyyət çəkirlər".

Milli.Az