HƏMAS-ın sonu çatır

11 Dekabr 2023 22:54

"HƏMAS hərəkatı dağılmaq ərəfəsindədir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Departament rəhbəri bildirib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı əməliyyatda dönüş nöqtəsinə yaxınlaşır:

"Biz HƏMAS-ın Cəbəliyyə və Şucayyadakı son qalalarını məhv edirik... Onlar dağılmaq ərəfəsindədir".

Qalant HƏMAS batalyon komandirlərini təslim olmağa və canlarını xilas etməyə çağırıb.

Milli.Az