Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam. Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Belçikanın xarici işlər naziri Xədicə Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə X hesabındakı paylaşımında bildirib.
Görüşdə, həmçinin AB-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib.
Milli.Az