Məşhur isveçli hücumçu Zlatan İbrahimoviç "Milan" futbol klubuna qayıdıb.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, o, İtaliya klubunun sahibi olan RedBird rəhbərliyinin baş idman məsləhətçisi vəzifəsinə təyin olunub.
42 yaşlı hücumçu 2023-cü ilin yayında karyerasını başa vuracağını açıqlayıb.
İsveçli karyerası ərzində "Milan", "Yuventus", "İnter", "Ayaks", "Barselona", "PSJ", "Mançester Yunayted" və "Los Anceles Qalaksi" kimi klublarda çıxış edib.
"Milan" hazırda İtaliya çempionatında üçüncü yerdədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun