Universitet müəllimi həbs edildi - FOTO

11 Dekabr 2023 18:35

İranda Gilan əyalətinin Rəşt şəhərində yaşayan universitet müəllimi və sosial media fəalı Tina Delcu həbs edilib.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

O, sosial mediadakı paylaşımlarına görə "hakimiyyətə qarşı təbliğat"da günahlandırılıb və 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub. 

Xüsusilə 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun