Ermənistanda daha 8 nəfər bu xəstəliyə yoluxdu

11 Dekabr 2023 18:28

Ermənistanda son bir həftə ərzində daha 8 nəfər qızılcaya yoluxub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, qızılcaya yoluxma hallarının ümumi sayı 521-ə yüksəlib, onlardan 371-i uşaqdır. Hazırda 4 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun