Sionda atışma oldu - ölənlər var

11 Dekabr 2023 15:25

İsveçrənin Sion şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Qeyd edilib ki, atəş açan şəxs məlum deyil: "Polis həmin şəxsin saxlanılması üçün dərhal hərəkətə keçib".

Cinayətkarın qurbanlarını tanıdığı güman edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun