Zelenski sabah ABŞ-yə səfər edəcək

11 Dekabr 2023 21:12

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ABŞ-nin Ukraynaya yardımı görüşün əsas müzakirə predmeti olacaq.  

Ağ Evin Mətbuat xidmətindən bildirilib ki, Zelenski səfər zamanı, həmçinin, Senat üzvlərinin iclasında çıxış edəcək.

Qeyd edək ki, Zelenski dekabrın 10-da Argentinaya səfər edib, burada yeni Prezident Xavyer Maylinin andiçmə mərasimində iştirak edib. Bu, Ukrayna Prezidentinin rus qoşunlarının genişmiqyaslı işğala başlamasından sonra Latın Amerikası ölkələrinə ilk səfəri idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun