Əliyar Ağayev Çempionlar Liqasında bu oyunu idarə edəcək

11 Dekabr 2023 10:06

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək "Srvena Svezda" (Serbiya) - "Mançester Siti" (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun