Kiyevdə silsilə partlayışlar - yaralananlar var

11 Dekabr 2023 10:03

Bu gün, dekabrın 11-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə silsilə partlayışlar baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.

Onun sözlərinə görə, partlayışlardan sonra şəhərdə hava hücumu xəbərdarlığı işə salınıb.

Şəhərin Darnistski rayonundakı dağıntılar nəticəsində 1-i uşaq olmaqla 4 nəfər yaralanıb.

Ölənlərin olduğu istisna edilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun