İdman tarixində rekord müqavilə - 700 milyon dollarlıq

11 Dekabr 2023 08:45

Yapon beysbolçusu Söhey Otani "Los Angeles Dodgers" klubu ilə 700 milyon dollarlıq (1,19 milyard manat - red.) on illik müqavilə imzalayıb ki, bu da idman tarixində rekord məbləğdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Beysbol Liqasının (MLB) saytında məlumat verilib.

Qeyd edək ki, 29 yaşlı Otani əvvəllər "Los Angeles Angels"da çıxış edib. 2023-cü ildə Otani Yaponiyada ən dəyərli oyunçu seçilib.

Milli.Az