"ABŞ-ın öz silah ehtiyatlarını doldurmaq üçün təxminən bir milyard dolları qalıb".
Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq CBS telekanalına müsahibəsində deyib.
"Büdcə nöqteyi-nəzərindən öz arsenalımızı doldurmaq üçün təxminən bir milyard dollarımız qalıb. Hər şey siyasi qərardan asılıdır. Dünyadakı vəziyyət çətinləşdikcə öz təhlükəsizliyimizi riskə atmalıyıq?" - Ağ Evin departament rəhbəri qeyd edib.
Onun fikrincə, Vaşinqton özünün döyüş hazırlığını təmin etmək və Kiyevi maliyyələşdirmək arasında seçim etməməlidir:
"Konqres Ukrayna kimi müttəfiqlərimizi dəstəkləyərkən milli təhlükəsizliyimizi təmin edə bildiyimizi təmin etməlidir".
Milli.Az