Xaçmazda QƏZA: 74 yaşlı velosipedçi həyatını itirdi

10 Dekabr 2023 23:10

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun rayonun Cinartala kəndindən keçən hissəsində baş verib.

Belə ki, "KamAZ" markalı yük avtomobili velosipedçi, 1949-cu il təvəllüdlü Mirzəyev Sədyar Qaraxan oğlunu vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az