Bakıda gənc oğlandan ŞOK HƏRƏKƏT - Reanimasiyaya düşdü

10 Dekabr 2023 22:30

Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Xudaverdiyev Əfsun Bəxtiyar oğlu yaşadığı evdə özünü bıçaqlayıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az