Xudatda BƏDBƏXT HADİSƏ: kanalizasiya quyusunda can verdi

10 Dekabr 2023 22:22

Xaçmaz rayonunun Xudat şəhərində bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhər sakini 47 yaşlı Ağalarov İlqar Balaşah oğlu spirtli içkinin təsiri altında kanalizasiya üçün qazılan quyuya yıxılaraq bogulub. Onun cəsədi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az