“Çelsi” məğlub oldu, “Mançester Siti”dən geridönüş

10 Dekabr 2023 21:39

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun növbəti görüşləri keçirilib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu gün artıq üç qarşılaşma baş tutub.

"Çelsi" səfərdə "Everton"a məğlub olub. İlk hissə qapılara qol vurulmasa da, "Everton" ikinci hissədə təşəbbüsə yiyələnib.

46-cı dəqiqədə A.Doucur, əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə L.Dobbinin qolları "Everton"a qələbə qazandırıb.

Qalib gələn "Everton" 13 xalla turnir cədvəlinin 17-ci, məğlub olan "Çelsi" isə 19 xalla 12-ci sırada qərarlaşıb.

Milli.Az