Ceyhun Bayramov Belçikaya getdi

10 Dekabr 2023 21:35

10 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov "Şərq tərəfdaşlığı" xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan XİN-dən bildirilib.

Səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Milli.Az