DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü

10 Dekabr 2023 20:38

Türkiyənin Tokat-Sivas avtomobil yolunda mikroavtobus yük maşınına çırpılıb.

Milli.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində mikroavtobusda olan 5 nəfər ölüb.

Hadisə yerinə təcili tibbi yardım maşınları və polis qrupları cəlb edilib.

Xilasetmə qrupları tərəfindən xilas edilən 5 nəfərin yoxlamalar zamanı öldüyü müəyyən edilib.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az