Şəkidə ölümlə nəticələnən qəza

10 Dekabr 2023 20:22

Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az