Bələdiyyə binasında BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan öldü

10 Dekabr 2023 19:29

Goranboyda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az