İsveçli diplomat İsrailə casusluq edir? - İTTİHAM

10 Dekabr 2023 19:11

İran prokurorluğu Avropa Birliyinin (AB) xarici siyasət xidmətində çalışan İsveç vətəndaşı Yohan Floderusu İsrailin xeyrinə casusluqda ittiham edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

İran prokurorluğunun nümayəndəsinin sözlərinə görə, Floderus korrupsiyada, İranın təhlükəsizliyinə qarşı yönəlmiş hərəkətlərdə, həmçinin İsrailin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunur.

Milli.Az