Polis mayoru qəfil vəfat etdi - FOTO

10 Dekabr 2023 18:40

Polis mayoru ürəktutmadan dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Elşad İzzət oğlu Məmmədov şəxsi maşını ilə hərəkətdə olarkən qəfil ürəktutmadan vəfat edib.

1959-cu il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb. O, ictimai təhlükəsizlik bölməsinin inspektoru idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun