Ayaq üçün evdə pilinq hazırlayın

11 Dekabr 2023 03:20

Qüsursuz və hamar ayaqlara sahib olmaq hər bir qadının arzusudur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, evdə olan ərzaqlarla hazırlaya biləcəyiniz pilinq ilə ayaqlarınız qüsursuz görünəcək.

Lazım olanlar:

2 x. q yulaf əzməsi,
1 x.q şəkər tozu,
1 x.q qatıq
1 x.q portağal qabığı rəndəsi

Bütün ərzaqları qarışdırın. Krem halına gəldikdə ayaqlarınızı yüngülcə ovun. Daha sonra isti su ilə yaxalayın. Bu pilinqi həftədə bir dəfə etsəniz, qısa zaman sonra fərqi hiss edəcəksiniz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun