Abşeronda avtomobil yandı

10 Dekabr 2023 13:34

Abşeron rayonunda "Hyundai" markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun