MLS-də çempion müəyyənləşdi

10 Dekabr 2023 12:14

ABŞ-nin MLS çempionatında qalib bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, final matçında "Kolambus Kryu" və "Los-Anceles" komandaları üz-üzə gəliblər.

Kolumbusda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Beləliklə, "Kolambus Kryu" tarixində üçüncü dəfə titula sahib çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun