Bakı-Göyçay arasında sərnişin daşıyan sürücü qəfildən ölüb
20 May 2010 09:04
Milli.Az-ın ANS TV-yə istinadən verdiyi xəbərə görə, metronun "20 yanvar" stansiyasının yaxınlığında, köhnə avtovağzalın ərazisində Göyçay rayon sakini, 40 yaşlı Babayev Sahib Asif oğlu dünyasını dəyişib.
Qeyd edək ki, dünyasını dəyişmiş Sahib Babayev şəxsi avtomobili ilə, Bakıdan Göyçaya və əksinə sərnişin daşımaqla məşğul olub. Mərhumun qonşusunun sözlərinə görə, o, ara-sıra səhhətindən şikayət edirmiş.
Faktla bağlı Nəsimi rayon polis idarəsində təhqiqat aparılır.
Milli.Az