"Evdə tək"in aktyorundan üzücü xəbər

10 Dekabr 2023 00:36

Aktyor Ken Hudson Kempbell əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun ağız boşluğundan xərçəng şişi çıxarılıb. Hazırda xəstəxanda müalicəsi davam edən Kempbellin üzünün zədələnmiş hissələrini bərpa etmək üçün o, daha sonra başqa bir əməliyyat da keçirəcək. Bundan başqa, o, kimyaterapiya da alacaq.

Qeyd edək ki, aktyora 2023-cü ilin oktyabrında xərçəng diaqnozu qoyulub.

Kempbell "Evdə tək" filmində canlandırdığı Şaxta baba obrazı ilə tanınıb.​

Milli.Az