Bakıda bir ailənin 2 üzvünü avtomobil vurub

10 Dekabr 2023 00:11

Bakının Xəzər rayonununda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Hüseynova Xəyalə Hüseyinbala qızını və 2020-ci il təvəllüdlü Hüseynov Rəşad Xəyal oğlunu vurub. Hər iki yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az