ABŞ buna görə məsuliyyət daşıyır - Abbas

9 Dekabr 2023 23:18

ABŞ BMT Təhlükəsizlik Şurasında atəşkəs tələb edən qətnaməyə veto qoyduqdan sonra Qəzza zolağında uşaqların qanının tökülməsinə görə məsuliyyət daşıyır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.

M.Abbas ABŞ-ın mövqeyini aqressiv və vicdansız, bütün humanitar prinsiplərin və dəyərlərin kobud şəkildə pozulması kimi səciyyələndirib.

Milli.Az